Qəbula Yazıl

Pudendal Sinirin Sıxılması Haqqında Maraq Doğuran Hər şey

Pudendal Sinirin Sıxılması Haqqında Maraq Doğuran Hər şey
Endometrioz09.12.2022 tarixində yazılıb.
Prof. Dr. Taner Usta
Müəllif həkim Prof. Dr. Taner Usta Mamalıq və Ginekologiya — Ginekoloji Robotik Cərrahiyyə

Əməliyyatlar Acıbadem Altunizade Xəstəxanasında da Vinci robotik cərrahiyyə sistemi ilə aparılır.

Qəbula Yazıl

Pudendal sinirin sıxılması xroniki çanaq ağrılarının ən mühüm səbəblərindəndir və pudendal sinirin anatomik keçdiyi yol boyunca sıxılmasından qaynaqlanır. Onun diaqnozunun qoyulması digər xəstəliklərlə müqayisədə daha çətindir.

Pudendal Sinirin Sıxılması Niyə Baş Verir və Əlamətləri Hansılardır?

Uzun müddət fasiləsiz oturmaq, uzun illər velosiped sürmək, ağırlıq qaldırmaq, ağır keçən hamiləlik, çətin doğuş, iltihabi və ya autoimmun xəstəlik, endometrioz, təkrarlanan infeksiya, çanaq nahiyəsinə təsir edən qəza və yıxılma ən çox rast gəlinən səbəblərdir.

Pudendal sinirin sıxılmasının ən çox rast gəlinən simptomları yanğı, keyimə, həssaslıq, elektrik vurması və ya bıçaq batması şəklində ağrı, uşaqlıq yolunda və düz bağırsaqda yad cisim yaxud kütlə hissi, burulma və sıxılma hissi, konstipasiya (qəbizlik), bağırsaq hərəkətləri zamanı ağrı, sidik ifrazı zamanı yanğı, cinsi əlaqə zamanı ağrı, cinsi funksiyanın pozulması və hissiyyatın itməsidir.

Pudendal Sinirin Sıxılmasında Diaqnoz Necə Qoyulur?

Əvvəldə də qeyd etdiyimiz kimi, pudendal sinirin sıxılması diaqnozu ən çətin qoyulan xəstəliklərdəndir. Diaqnoz qoyularkən ən mühüm məqam pasiyentin anamnezi, əlamətləri və neyropelvioloji müayinədir. Müayinə zamanı zədələnmiş sinir kökü ağrı və funksiya itkisi baxımından yoxlanılır. Bütün çanaq nahiyəsindəki sinirlərin funksiyaları, həmçinin MRT və KT vasitəsilə sinirə təzyiq göstərə biləcək kütlənin olub-olmaması araşdırıla bilər. Diaqnozun qoyulmasında ən mühüm üsul 3 Tesla MRT və traktoqrafiya şəklində aparılmış görüntüləmədir.

Pudendal Sinirin Sıxılmasının Müalicəsi Necədir?

Pudendal sinir blokadası üsulu ilə çox nazik və uzun iynə istifadə edilərək sinirin ətrafına yeridilən yerli anesteziya dərmanı vasitəsilə sinirin təzyiq altında qalması nəticəsində yaranan ağrı keyidilərək yüngülləşdirilə bilir. Bundan başqa, bu müalicə üsulunun kifayət etmədiyi hallarda laparoskopik və robot dəstəkli cərrahiyyə də seçilə bilər.

SUALLAR

Pudendal Sinirin Sıxılması Nədir?

Pudendal sinirin sıxılması; pudendal sinirin anatomik keçdiyi yol boyunca sıxılması nəticəsində ortaya çıxan patoloji ağrını ifadə edir.

Pudendal Sinirin Sıxılması ilə Alkok Sindromu Eynidirmi?

Eyni deyil. Əgər pudendal sinir Alkok kanalından keçərkən sıxılırsa, buna Alkok kanalı sindromu deyilir.

Pudendal Sinirin Sıxılması Niyə Baş Verir?

Pudendal sinirin sıxılmasının ən çox rast gəlinən səbəbləri bunlardır: uzun müddət fasiləsiz oturmaq, uzun illər velosiped sürmək, ağırlıq qaldırmaq, ağır keçən hamiləlik, çətin doğuş, iltihabi və ya autoimmun xəstəlik, endometrioz, təkrarlanan infeksiya, çanaq nahiyəsinə təsir edən qəza və ya yıxılma.

Pudendal Sinirin Sıxılması Necə Yaranır?

Pudendal sinir anatomik keçdiyi yol boyunca sıxıldıqda pudendal sinirin sıxılması yaranır.

Pudendal Sinirin Sıxılmasına Ən Çox Kimlərdə Rast Gəlinir?

Pudendal sinirin sıxılmasına ən çox uzun müddət oturaraq işləyən, uzun illər velosiped sürən, daim ağır yük qaldıran, ağır hamiləlik və çətin doğuş keçirən, iltihabi yaxud autoimmun xəstəliyi olan və çanaq nahiyəsinə təsir edən qəza və ya yıxılma keçirmiş şəxslərdə rast gəlinir.

Pudendal Sinirin Sıxılması Harada Yaranır?

Pudendal sinirin sıxılması pudendal sinirin və ya onun şaxələrinin innervasiya etdiyi nahiyələrdə, ən çox isə bütün çanaq sümüyü nahiyəsindəki orqanlarda və pudendal sinirin çatdığı toxumalarda yaranaraq ağrı ilə özünü büruzə verir.

Pudendal Sinirin Sıxılmasının Əlamətləri Hansılardır?

Pudendal sinirin sıxılmasının ən çox rast gəlinən əlamətləri yanğı, keyimə, həssaslıq, elektrik vurması və ya bıçaq batması şəklində ağrı, uşaqlıq yolunda və düz bağırsaqda yad cisim yaxud kütlə hissi, burulma və sıxılma hissi, qəbizlik, bağırsaq hərəkətləri zamanı ağrı, sidik ifrazı zamanı yanğı, cinsi əlaqə zamanı ağrı, cinsi funksiyanın pozulması və hissiyyatın itməsidir.

Pudendal Sinirin Sıxılmasının Diaqnozu Necə Qoyulur?

Pudendal sinirin sıxılmasının diaqnozunda pasiyentin anamnezi, əlamətləri, ağrısını azaldan və artıran halların müəyyən edilməsi həlledicidir. Diaqnozun qoyulmasında ən mühüm üsullar 3 Tesla MRT və traktoqrafiya şəklində aparılmış görüntüləmədir.

Pudendal Sinirin Sıxılmasının Müalicə Üsulları Hansılardır?

Diaqnozdan sonra sinirlərə təzyiq göstərən əzələlərdəki gərginliyi aradan qaldıracaq müalicələr tətbiq olunur. Pasiyent sərt və düz çarpayıda arxası üstə uzanaraq dincəlməlidir. Arxası üstə uzanmaq sinirlərdəki təzyiqi azaltdığı üçün ağrıları yüngülləşdirir və beləliklə pasiyent dincəlmiş olur. Bundan başqa, pudendal sinir blokadası üsulu ilə çox nazik və uzun iynə istifadə edilərək sinirin ətrafına yeridilən yerli anesteziya dərmanı vasitəsilə sinirin təzyiq altında qalması nəticəsində yaranan ağrı keyidilərək yüngülləşdirilə bilir.

Sizə uyğun üsulu birlikdə müəyyənləşdirək

Müayinə və görüntüləmədən sonra robotik cərrahiyyəyə uyğun olub-olmadığınızı aydın şəkildə müzakirə edək.

Qəbula Yazıl