Sidik Saxlaya Bilməmə Probleminin Robot Dəstəkli Cərrahiyyə ilə Həlli

Əməliyyatlar Acıbadem Altunizade Xəstəxanasında da Vinci robotik cərrahiyyə sistemi ilə aparılır.
Qəbula YazılSidik saxlaya bilməmə günümüzdə milyonlarla insanın əziyyət çəkdiyi xəstəliklərdən biridir. Dəqiq olaraq neçə qadının bu vəziyyətdən şikayətçi olduğu bilinmir, çünki bir qismi bundan utanır, bir qismi isə bunun yaşla birlikdə normal olduğunu düşünür. Lakin sidik saxlaya bilməmə həyat keyfiyyətini aşağı salan bir xəstəlikdir və psixoloji olaraq sosial həyata təsir edir. Bir çox insan tualetdən çox uzaqlaşmaq istəmir.
Normalda sidiyin toplanması və ifrazının idarə olunması beynimiz və sidik kisəsindəki sinirlər və əzələlər tərəfindən təmin olunur. Sidik kisəsi müəyyən miqdarda sidiyi saxlayır. Tutumuna qədər dolduqda isə sidik hissi yaranır və sidik kisəsini boşaltmaq lazım gəlir. Bu prosesdə sidik kisəsinin daxilindəki təzyiqin artmasına baxmayaraq, sidik kisəsi ilə uretra arasındakı sfinkter adlandırdığımız əzələlər sayəsində sidiyin qaçırılmasının qarşısı alınır. Əgər bu sfinkter əzələlər vəzifəsini tam yerinə yetirə bilmirsə, sidik saxlaya bilməmə baş verir.
Sidik Saxlaya Bilməmənin Növləri
Sidik saxlaya bilməmənin stress inkontinansı, həddindən artıq fəal sidik kisəsi, qarışıq və daşma olmaqla dörd müxtəlif növü var. Çanaq əzələlərinin zəifləməsinə bağlı yaranan sidik qaçırmalara stress inkontinansı deyilir. Bu növə xüsusilə yaşı ötmüş qadınlarda daha çox rast gəlinir.
Təcililik inkontinansı kimi də tanınan, həddindən artıq fəal sidik kisəsindən qaynaqlanan qaçırmalar isə beynin sidik kisəsi boş olsa belə ona boşalma əmri ötürməsi ilə ortaya çıxır. Qarışıq (miks) qaçırma isə bu iki növün birlikdə müşahidə olunduğu növdür. Nəhayət, daşma inkontinansı sidik kisəsinin tuta biləcəyindən daha çox sidiyin olması nəticəsində yaranan sızmalara verilən addır.
Müalicə Üsulları
Sidik saxlaya bilməmənin müalicələri profilaktik müalicə, dərman müalicəsi və cərrahi müdaxilədir. Bu müalicə üsullarına xəstəliyin vəziyyətinə görə qərar verilir. Günümüzdə tibb sahəsində robot dəstəkli cərrahiyyənin getdikcə yayılması səbəbindən sidik saxlaya bilməmə əməliyyatları da robot dəstəkli cərrahiyyə ilə olduqca uğurlu şəkildə həyata keçirilir. Sidik saxlaya bilməmə ilə birlikdə çanaq orqanlarının düşməsi baş vermiş pasiyentlərdə robot dəstəkli cərrahiyyə ilə aparılan müdaxilə zamanı sidik kisəsində və ya uşaqlıqda yaranmış düşmələr də aradan qaldırıla bilir.
Robot dəstəkli cərrahiyyə ilə aparılan prosedurlar 1 sm-dən kiçik kəsiklərdən həyata keçirildiyi üçün pasiyentlər cəmi bir gün xəstəxanada qalır. Əməliyyatdan sonra daha az ağrı müşahidə olunur. Əməliyyatdan sonra pasiyentlərin qısa müddətdə həyatlarına qaldıqları yerdən davam etməsi mümkün olur. Robot dəstəkli cərrahiyyə ilə aparılan prosedurlarda nəticələr olduqca ürəkaçandır. Əməliyyatdan sonra sidik saxlaya bilməmənin yenidən baş vermə ehtimalı təxminən 10% civarındadır.
Sizə uyğun üsulu birlikdə müəyyənləşdirək
Müayinə və görüntüləmədən sonra robotik cərrahiyyəyə uyğun olub-olmadığınızı aydın şəkildə müzakirə edək.

